Azərbaycan Kredit Bürosunun rəhbərliyində dəyişiklik olub

Hazırda tərkibinə 7 nəfərin daxil olduğu Müşahidə Şurasına Asəf Hüseynov rəhbərlik edir

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 09 Avqust 2018, 11:09

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.

 

İnterAz-ın məlumatına görə, Şakir Rəhimov və Fərid Məmmədov Müşahidə Şurasını tərk ediblər.

 

Onların əvəzinə isə Müşahidə Şurasına Elnur Həsənov və Cavid Mirzəyev daxil olub.

 

Qeya edək ki, hazırda tərkibinə 7 nəfərin daxil olduğu Müşahidə Şurasına Asəf Hüseynov rəhbərlik edir.