“Atatürk” aeroportu bağlanır

Bu aeroportdan ilk reys Azərbaycana ediləcək

Bakı, Kəmalə Bədəlova, İnteraz - 09 Avqust 2018, 17:08

2018-ci il oktyabrın 31-dən etibarən Türkiyənin İstanbul şəhərindəki “Atatürk” aeroportu sərnişin reyslərinin qəbulunu dayandıracaq.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, həmin gün şəhərdə yeni, üçüncü aeroport fəaliyyətə başlayacaq. 

 

Bu aeroportdan ilk reys Azərbaycana ediləcək. Yeni aeroportun ümumi ərazisi 76,5 milyon kvadrat metrdir. Terminalın ərazisi isə 1,6 milyon metr təşkil edir. Ölkə rəhbərliyi aeroportun adını açıqlamayıb. 

 

Oktyabrın 31-dən “Atatürk” aeroportu yalnız xidməti, yük, şəxsi və hökumət təyyarələrini qəbul edəcək. Daha sonra isə aeroport ümumilikdə fəaliyyətini dayandıracaq.