Türkiyədə dolların məzənnəsi 5,7 lirəni keçib

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 09:40

Bu gün səhər saatlarında Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə çatıb.

 

İnterAz “Report”-a istinadən xəbər verir ki, qonşu ölkədə avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterliqinin məzənnəsi isə 7,35 lirə olub.

 

Türkiyənin milli valyutası ABŞ-la davam edən siyasi gərginlik fonunda sürətlə ucuzlaşır.