Azərbaycan nefti yenidən bahalaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 73,42 dollar/barelə bərabər olub

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 10 Avqust 2018, 09:53

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,31% artıb.

 

İnterAz xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,42 dollar/barelə bərabər olub.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.