Qazaxıstanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi artıb

Son 3 ildə Qazaxıstanın Mangistau və digər vilayətlərinin Azərbaycanda da daxil olmaqla Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33% artıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 15:36

Son 3 ildə Qazaxıstanın Mangistau və digər vilayətlərinin Azərbaycanda da daxil olmaqla Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 33% artıb. 

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə bölgənin sənaye və innovasiyaların inkişafı üzrə nümayəndəsi Nurəddin İmanquliyev bildirib. 

 

"Əgər 2015-ci ilin yekununda ümumi dövriyyə 165,8 mln. ABŞ dolları təşkil edirdisə, 2017-ci ilin yekununda bu rəqəm 220,5 mln. dollara çatıb", - o qeyd edib.