Azərbaycana 14 milyon dollarlıq avtomobil gətirilib

Hesabat dövründə ölkədə 269 ədəd minik avtomobili istehsal olunub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Avqust 2018, 21:18

2018-ci ilin I yarısında Azərbaycana 8 min 465 ədəd minik maşını idxal olunub.

 

Dövlət Statistika Komitəsindən İnterAz-a verilən xəbərə görə, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 2,9 dəfə çoxdur. 

 

Beləliklə, ölkəyə 14 mln. 42,4 min dollar dəyərində minik avtomobilləri gətirilib.

 

Hesabat dövründə ölkədə 269 ədəd minik avtomobili istehsal olunub.