Azərbaycanın 6 rayonunda 5 gün qaz olmayacaq

Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Sentyabr 2018, 17:30

Respublikanın bəzi rayonlarının təbii qaz təchizatı beş gün müddətində dayandırılacaq.

 

Bu barədə İnterAz-a “Azəriqaz”dan bildirilib.

 

Məlumata görə, sentyabrın 11-15-də (beş gün müddətində) Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının təbii qaz təchizatı dayandırılacaq.

 

Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla, bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.