Rusiya rublu uçot dərəcəsinin artırılmasından sonra bahalaşıb

Moskva saatı ilə saat 13:49-da isə dolların məzənnəsi 67,6 rubl, avronun məzənnəsi isə 79,1 rubl təşkil edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 16:01

Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 7,25%-dən 7,5%-ə qaldırmasından sonra rubl ABŞ dolları qarşısında möhkəmlənib.

 

İnterAz bu barədə "Report"a istinadən xəbər verir.

 

Məlumata görə, əgər Moskva saatı ilə saat 13:28-də 1 dollar 68,4 rubldan ticarət olunurdusa, faiz artımı qərarının açıqlamasından sonra saat 13:36-da Amerika valyutasının məzənnəsi 67,8 rubla düşüb. Avronun məzənnəsi isə 80 rubldan 79,4 rubla dəyişib. 

 

Moskva saatı ilə saat 13:49-da isə dolların məzənnəsi 67,6 rubl, avronun məzənnəsi isə 79,1 rubl təşkil edib.