Sabah Bakının Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişən hissəsi bağlanacaq

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Sentyabr 2018, 18:00

Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah saat 23:00-dan o biri gün saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

İnterAz xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Məlumatda bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.