Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi artıb

Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il sentyabrın 1-nə 72,2% olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Oktyabr 2018, 14:58

Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il sentyabrın 1-nə 63% təşkil edib.

 

İnterAz bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

 

Bu nisbət avqustun 1-də 62,3% olub. Başqa sözlə, avqustda əmanətlərin dollarlaşması 0,7% bəndi artıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il sentyabrın 1-nə 72,2% olub.

 

Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il sentyabrın 1-nə 8 020,8 mln. manat təşkil edib ki, bunun da 5 053,9 mln. manatı xarici valyutada yerləşdirilib.