İran Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa çağırıb

İran nümayəndəsi qeyd edib ki, neft hasilatı gündə ən azı 1 mln barel azaldımalıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 11:04

İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazempur Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa çağırıb.

 

Bu barədə İnterAz "Report"a istinadən xəbər verir.

 

O deyib ki, bu iki ölkə tərəfindən neft hasilatının artırılması resursun qiymətinin15 dollara düşməsi ilə nəticələnib.

 

"Bu iki ölkə hasilatı azaltmalıdır", - Hüseyn Kazempur bildirib.

 

İran nümayəndəsi qeyd edib ki, neft hasilatı gündə ən azı 1 mln barel azaldımalıdır.