Bu qəsəbələrdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 11:21

Abşeron rayonunun Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 

“Azərişıq” ASC-dən İnterAz-a verilən məlumata görə, Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bu gün saat 12.30-dan 14.30-a qədər məhdudiyyət tətbiq ediləcək.

 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.