Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Onun sözlərinə görə, dərhal sərnişinlər qatardan çıxarılıb və qatar depoya göndərilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 13:10

Bir qədər əvvəl “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında, “Nizami” stansiyasında hərəkət etməli olan qatarda texniki nasazlıq yaranıb.

 

Bu barədə İnterAz-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, dərhal sərnişinlər qatardan çıxarılıb və qatar depoya göndərilib. Buna görə, ümumi hərəkətdə 4 dəqiqə ləngimə olub.