“Bakmil” stansiyasında işlər dekabrın 1-nə qədər başa çatdırılacaq

Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilmirlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Noyabr 2018, 18:00

Bu ilin dekabrın 1-nə qədər Bakı Metropoliteni QSC-nin “Bakmil” stansiyasında işlər başa çatdırılacaq.

 

İnterAz-ın məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

 

Qeyd edək ki, bu ilin avqust ayının 8-dən sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilmirlər.