Azərbaycan və Türkiyə yeni zavod açacaq

"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 11:12

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.

 

İnterAz "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

 

"Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq", - nazir "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.

 

"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb.

 

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.