AÇG və "Şahdəniz" yataqları üzrə gəlirlər açıqlanıb

Bu məbləğin 222 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Dekabr 2018, 15:32

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 8,960 mlrd. dollar daxil olub.

 

Bu barədə İnterAz-a ARDNF-dən məlumat verilib.

 

Bu məbləğin 222 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.

 

Məlumata görə, 2001-ci ildən bu il dekabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 137,446 mlrd. dollar gəlir əldə olunub.