Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib

  • 0
    paylaşım
  • 39

Bakı, Orxan Kərimov, İnteraz

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və üzvlərinin Məclisi keçirilib. Tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin oxunması ilə başlayıb, ARGTMŞ-in hesabat xarakterli videoçarxı izlənib. Çıxış edən ARGTMŞ sədri Seymur Hüseynov təşkilatın 2016-cı il üzrə fəaliyyət hesabatını və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını təqdim edib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib, ARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ARGTMŞ-nin konfederativ qurum kimi fəaliyyət göstərməsi müsbət bir ənənədir.

MÜZAKİRƏ

comments powered by Disqus