“ASAN Viza” portalının təqdimati olub

  • 0
    paylaşım
  • 3

Bakı, Orxan Kərimov, İnteraz, 16 Dekabr 2016, 14:01

Azərbaycanın bir sıra dövlət qurumlarının rəsmiləri, Bakıda yerləşən diplomatik korpus nümayəndələri, ölkənin böyük turizm şirkətlərinin rəhbərləri, ekspertlər, yerli və beynəlxalq media təmsilçilərinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov giriş sözü ilə açıb. Dövlət Agentliyinin sədri bildirib ki, hazırda test rejimində fəaliyyət göstərən “ASAN Viza” portalı yanvar ayının 10-dan etibarən tam istifadəyə veriləcək. İnam Kərimov eyni zamanda qeyd edib ki, elektron viza almaq üçün portal üzərindən müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində həmin şəxsin elektron poçt ünvanına göndəriləcək. Dövlət Agentliyinin sədri eyni zamanda göstərdikləri dəstəyə görə aidiyyəti qurumlara və şirkətlərə minnətdarlığını vurğulayıb.

DİQƏR FOTOLENTLƏR