Bakıda elmi sessiya keçirilib

  • 0
    paylaşım
  • 210

Bakı, Orxan Kərimov, İnteraz, 21 Dekabr 2016, 15:10

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti Akif Əlizadə açıb. AMEA rəhbəri "Elm və təhsil: problemlər və perspektivlər" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Artıq AMEA-nın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumları imzalanıb.