“Xətai” metrosu təmirdən sonra istifadəyə verilib

  • 0
    paylaşım
  • 5

Bakı, Orxan Kərimov, İnteraz, 23 Dekabr 2016, 13:10

Bu gün “Xətai” metro stansiyasında aparılmış yenidənqurma və sağlamlaşdırma işlərindən sonra paytaxt sakinlərinin istifadəsinə verilib. Azərbaycan Prezidentinin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün mövcud Qırmızı və Yaşıl xətlərdə müstəqil hərəkət təşkil edilməsi, həmçinin hərəkətin intensivliyinin artmasının təmin edilməsi məqsədilə “Xətai” stansiyasının I baş yolunun rekonstruksiyası və işlək vəziyyətə gətirilməsi, eyni zamanda “Xətai” (Y-13) və “Həzi Aslanov-2” (Y-17) stansiyaları arasında 3 stansiya və tunellər inşa edilməsi nəzərdə tutulub. “Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib.

DİQƏR FOTOLENTLƏR