“Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirilib

  • 0
    paylaşım
  • 57

Bakı, Orxan Kərimov, İnteraz

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr edilmiş “Uşaq hüquqları: inkişaf və perspektivlər” adlı tədbir keçirilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək vurğulayıb ki, Azərbaycanda uşaqların problemlərinin həllinə həmişə böyük diqqət yetirilib. Onların hərtərəfli inkişafına şərait yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.