Bakıda növbəti "Quran gecəsi" keçirilib

  • 0
    paylaşım

Bakı, Orxan Kərimov, İnteraz, 09 Yanvar 2017, 09:15

Bakının Yasamal rayonunda yerləşən "Hacı Cavad" məscidində növbəti "Quran gecəsi" keçirilib. Mərasimdə ilahiyyatçı alimlər, ziyalılar, ağsaqqallar, o cümlədən Quran qareləri iştirak ediblər. Məclisdə çıxış edən məscidinin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) doğum günü münasibəti ilə təbrikini çatdırıb. Sonra Quran qareləri müqəddəs kitabdan müxtəlif surələri tilavət ediblər.