Bakıda Xəzər Beynəlxalq Yol İnfrastrukturu sərgisi açılıb

  • 0
    paylaşım
  • 4

Bakı, Orxan Kərimov, İnteraz, 26 Aprel 2017, 14:17

VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic 2017” sərgisi öz işinə başlayıb. Sərginin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat sektoruna göstərdiyi diqqət nəticəsində dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə yükdaşımaların həcmi artıb. Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan mühüm tranzit daşımalara əsas tərəfdaş kimi qəbul edilir. Hazırda Xəzərin sahilində ən böyük liman Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun tərkibində Azad Ticarət Zonası yaradılır ki, bu da ölkəmizə investisiya qoyulması üçün geniş şərait yaradır. İrəlidə görüləcək işlər çoxdur. İnanıram ki, qarşıda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik.

DİQƏR FOTOLENTLƏR