AMEA-nın illik ümumi yığıncağı keçirilib

  • 0
    paylaşım
  • 1

Bakı, Orxan Kərimov, İnteraz

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Nazirlər Kabineti Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva, dövlət və ictimai təşkilatların nümayəndələri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, ali məktəblərin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları akademiyanın elmi müəssisə və təşkilatlarının 2016-cı ildəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.