Bakıda məşğulluq yarmarkası keçirilib

  • 0
    paylaşım
  • 6

Bakı, Orxan Kərimov, İnteraz, 02 May 2017, 14:43

Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında məşğulluq tədbiri keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, Azərbaycan Turizm və Menecment universitetinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. S.Müslümov bildirib ki, Azərbaycan gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasındadır: “Bu ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclər olub”.

DİQƏR FOTOLENTLƏR