Azərbaycan və Ukrayna Milli Olimpiya Komitələri arasında memorandum imzalanıb

  • 0
    paylaşım
  • 5

Bakı, Orxan Kərimov, İnteraz, 06 May 2017, 10:01

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Ukrayna Milli Olimpiya Komitəsi (UMOK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Huseynzadə, UMOK-un prezidenti Sergey Bubka, Ukrayna səfirliyinin mümayəndələri və digərləri iştirak edib. Müqaviləni Azərbaycan tərəfdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Ukrayna tərəfindən isə Seygey Bubka imzalayıblar. 2017-2021-cı illəri əhatə edəcək müqavilə qarşılıqlı maraq doğuran sahələrdə idmanın inkişafına dair strategiyaları özündə əks etdirəcəkdir. Həmçinin müqaviləyə hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkil olunması və s. daxildir.

DİQƏR FOTOLENTLƏR