“Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib

  • 0
    paylaşım
  • 5

Bakı, Orxan Kərimov, İnteraz, 05 May 2017, 09:27

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin milli dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir keçirilib. Tədbir başlamazdan öncə ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablara baxış keçirilib. Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamladı və tədbirin məqsəd, məramı haqqında məlumat verib. Bildirib ki, rayon təşkilatı ümummilli liderin həyatına, siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş çoxsaylı tədbirlər, layihələr həyata keçirir. Bu günkü tədbir də Heydər Əliyev irsinin öyrənilməsinə xidmət edir. Onun sözlərinə görə Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasında müstəsna xidmətləri olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyev dühası Azərbaycanı düçar olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik ideologiyasının yaradılmasında birbaşa iştirak edib.

DİQƏR FOTOLENTLƏR