Jurnalistikaya dair kitabın təqdimatı olub

  • 0
    paylaşım
  • 22

Bakı, Orxan Kərimov, İnteraz, 10 Iyul 2017, 15:12

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, kafedranın müəllimləri Pərvanə İbrahimova və Vəfa İsgəndərovanın birgə müəllifliyi ilə nəşr olunan “Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Kitabın məsləhətçisi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, elmi redaktorları, professorlar – Cahangir Məmmədli, Nəsir Əhmədli, rəyçilər “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və siyasi elmləri doktoru Sabir Məmmədli, redaktorları isə Anzulə Cəfərova və Nərminə Əsədovadır.

DİQƏR FOTOLENTLƏR