Bakıda Tennis Kompleksinin təmirdən sonra açılışı olub

  • 0
    paylaşım
  • 39

Bakı, Orxan Kərimov, İnteraz, 12 Iyul 2017, 16:04

Bu gün İdman Tennis Kompleksinin əsaslı təmirdən sonra açılışı olub. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Tennis Federasiyasının prezidenti Oqtay Əsədov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı şəhəri, Nərimanov rayonu, S.Əbdürrəhimov küçəsi 12 ünvanda fəaliyyət göstərən İdman Tennis Kompleksi 1986-cı ildə inşa edilib. Fəaliyyət göstərdiyi müddətdə burada əsaslı təmir və yenidən qurma işləri aparılmamışdır. Cari ilin birinci yarısından başlayaraq İdman Tennis Kompleksinin bina və qurğularında əsaslı təmir, yenidənqurma, cari təmir işlərinə başlanılmış və əlavə zəruri tikinti-quraşdırma işləri aparılmışdır.

DİQƏR FOTOLENTLƏR