ADA universitetində “AVO MUN” layihəsinə start verilib

  • 0
    paylaşım
  • 34

Bakı, Orxan Kərimov, İnteraz, 14 Iyul 2017, 16:10

“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, ADA universiteti, “ADA MUN” Club və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə gənclərin siyasi, sosial, ekoloji biliklərinin hərtətəfli inkişaf etdirilməsi məqsədilə “AVO MUN” layihəsinə start verilib. Tədbiri giriş sözü ilə açan “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov qonaqları və tədbir iştirakçılarını salamlayaraq “AVO MUN” layihəsi haqqında ətraflı məlumat verib.

Layihənin keçirilməsində əsas məqsəd gəncləri müxtəlif təlimlərə cəlb etməklə onlarda natiqlik, liderlik, komandayla iş qabiliyyətini artırmaq, gənclərin fərdi inkişafına təkan verib, siyasi biliklərini və sosial bacarıqlarını sərgiləmələrinə imkan yaratmaqdır. BMT-nin simulyasiyası əsasında baş tutacaq layihədə 16-25 yaş aralığında 70-ə yaxın gəncin iştirakı nəzərdə tutulub. 14-16 iyul tarixində baş tutacaq layihədə iştirakçılar ilk öncə müxtəlif təlimlərə cəlb olunacaqlar. Simulasiya ingilis və Azərbaycan dillərində keçiriləcək.

DİQƏR FOTOLENTLƏR