Bakıda Milli Mətbuat Günü qeyd edilib

  • 0
    paylaşım
  • 37

Bakı, Orxan Kərimov, İnteraz, 22 Iyul 2017, 10:02

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə “Binəqədi Bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, RİH başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Binəqədi rayonunun bələdiyyə sədrləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, bələdiyyələrin Məhəllə Komitələrinin sədrləri, seçicilər, KİV nümayəndələri və Bakı şəhərinin digər rayonlarının bir sıra bələdiyyə sədrləri iştirak ediblər. Tədbirin rəsmi hissəsi Milli Mətbuat Günü ilə bağlı bir neçə media nümayəndələrinin və televiziya əməkdaşlarının Fəxri fərmanla təltif edilməsi ilə bitib. Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

DİQƏR FOTOLENTLƏR