Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib

  • 0
    paylaşım
  • 19

Bakı, Orxan Kərimov, İnteraz, 04 Avqust 2017, 09:09

Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd olunub. Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edərək ümummilli lider Heydər Əliyevin qərarına əsasən bu əlamətdar günün artıq 17 ildir qeyd olunduğunu diqqətə çatdırıb. Əbülfəs Qarayev Heydər Əliyev Fondu tərəfindən dəstəklənən layihələrin beynəlxalq səviyyədə təbliğ olunduğunu deyib. Sonra nazir Prezident İlham Əliyevin cari il iyulun 31-də “Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında” Sərəncamına əsasən təltif edilən kino xadimlərinə mükafatları təqdim edib. Həmçinin bir qrup kino xadiminə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döz nişanı və fəxri fərmanları verilib.

DİQƏR FOTOLENTLƏR