“Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

  • 0
    paylaşım
  • 21

Bakı, Orxan Kərimov, İnteraz, 16 Avqust 2017, 08:38

Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb. Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Otuz beş minə yaxın azarkeşin izlədiyi matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayıb. İtaliyalı baş hakim Paolo Tagliaventonun idarə etdiyi oyunun birinci hissəsinə Ağdam təmsilçisi daha fəal başlayıb. Matçın birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə yekunlaşıb – 1:0. Görüşün ikinci hissəsi də futbolçularımızın üstünlüyü şəraitində keçib. Görüş 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.

DİQƏR FOTOLENTLƏR