Bakıda qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunub

  • 0
    paylaşım
  • 34

Bakı, Orxan Kərimov, İnteraz, 01 Sentyabr 2017, 10:36

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunub. Qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı); Xətai rayonu, “Nargilə” kafesinin yanı; Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi, 8 (Parkın yanı ); Yasamal rayonu, Şərifzadə küçəsi, 196 ("İdeal" şadlıq sarayının həyəti) ünvanlarında təşkil olunub. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq ilk dəfə Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində olan damazlıq təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu erkək heyvanların satışını təşkil edib. Təşkil olunan satış yarmarkalarına 3 minə yaxın xırdabuynuzlu erkək heyvan çıxarılıb. Heyvanların hamısı müayinədən keçirilib və sağlamdır.

DİQƏR FOTOLENTLƏR