Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

  • 0
    paylaşım
  • 15

Bakı, Orxan Kərimov, İnteraz, 11 Sentyabr 2017, 14:47

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını bildirib. Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. Konfransın sonunda ümumi təhsil müəssisələrinin qızıl və gümüş medala layiq görülən məzunlarına hədiyyələr təqdim edilib.

DİQƏR FOTOLENTLƏR