Mehman Əliyev həbsdən buraxılıb

  • 0
    paylaşım
  • 12

Bakı, Orxan Kərimov, İnteraz, 11 Sentyabr 2017, 17:06

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib. M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, barəsində seçilmiş həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib. O, saxlandığı zamanı ona normal münasibət göstərildiyini də qeyd edib.

DİQƏR FOTOLENTLƏR