"Qarabağ" FK sonuncu məşqinə çıxıb

  • 0
    paylaşım
  • 13

Bakı, Orxan Kərimov, İnteraz, 26 Sentyabr 2017, 22:30

“Roma” komandası ilə oyun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda ilk qarşılaşmamızdır. Bilirəm ki, bu oyunu azarkeşlərimiz böyük maraq və səbirsizliklə gözləyirlər. Belə bir mühüm matçın Bakıda keçirilməsi Azərbaycan futbolunun inkişafının göstəricisidir. Bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov sentyabrın 26-da jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

“Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko isə mətbuat konfransında deyib ki, komandamızın əsas heyətini futbolçuların hazırlıq səviyyəsinə görə müəyyənləşdiririk. Çalışıram ki, bütün oyunçularıma şans verim. “Qarabağ” komandasına və bu klubun tarixinə böyük hörmətim var. Bilirəm ki, sabah bizim üçün asan oyun olmayacaq.

DİQƏR FOTOLENTLƏR