Azərbaycanda iqtisadi islahatlar mövzusunda dəyirmi masa keçirilib

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 27 Sentyabr 2017, 09:24

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil edib. Müzakirəni Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov giriş sözü ilə açıb. “Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşdırılması: proses və nəticə” mövzusunda danışan rektor deyib ki, qısa zaman ərzində uğurla inkişaf etdirilən innovativ, çox zaman unikal idarəetmə texnologiyaları və bunların tətbiqi nəticəsində qısa zaman kəsiyində Azərbaycan dünya liderləri sırasına çıxarılıb

DİQƏR FOTOLENTLƏR