Beynəlxalq Səhiyyə sərgisi bu gün öz işini yekunlaşdırır

  • 0
    paylaşım
  • 10

Bakı, Orxan Kərimov, İnteraz, 30 Sentyabr 2017, 12:33

Sentyabrın 28-də Bakı Ekspo Mərkəzində açılışı olan 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi öz işini bu gün yekunlaşdırır. Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə baş tutub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Bu il iştirakçılar sərgidə tibb və laboratoriya avadanlıqları (cərrahiyyə əməliyyatı masası üçün tibbi avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları), dərman preparatları, tibbi alətlər, eləcə də əczaçılıq avadanlıqları təqdim ediblər.

DİQƏR FOTOLENTLƏR