Bakıda on birinci Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

  • 0
    paylaşım
  • 19

Bakı, Orxan Kərimov, İnteraz, 06 Oktyabr 2017, 12:10

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Açılış mərasimində ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər. Sərgidə Azərbaycanın 17 ali təhsil müəssisəsinin stendləri yer alıb. Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edirlər. Sərgi oktyabrın 8-dək davam edəcək.

DİQƏR FOTOLENTLƏR