“İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib

  • 0
    paylaşım
  • 11

Bakı, Orxan Kərimov, İnteraz, 11 Oktyabr 2017, 08:45

Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov , millət vəkilləri Musa Qasımlı, Kəmaləddin Qafarov , Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular. Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib.

DİQƏR FOTOLENTLƏR