“Təhlükəsiz yol, yaxşı yol” layihəsinin açılış mərasimi keçirilib

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 16 Oktyabr 2017, 10:47

Bakıda “Təhlükəsiz yol, yaxşı yol” layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində dövlət qurumlarının və gənclər təşkilatlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə çıxış edən "Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev layihənin məqsədi ilə bağlı iştirakçılara məlumat verib. Bildirilib ki, layihə çərçivəsində layihəyə cəlb olunan təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçıya 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaq.

DİQƏR FOTOLENTLƏR