Elmin İnkişafı Fondu qalibləri təltif edib

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 17 Oktyabr 2017, 09:07

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi" , “2016-cı ilin gənc alimi" nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-cı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3000 manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2000 manat təşkil edib.

DİQƏR FOTOLENTLƏR