Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 18 Oktyabr 2017, 10:01

Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanda mədəniyyət və turizmin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş, mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə mükafatların təqdimat mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi də bu diqqətin bariz nümunəsidir. Sonra Əbülfəs Qarayev fəxri adların nişan və vəsiqələrini təqdim edib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmiş bir qrup şəxsə mükafatlar təqdim olunub.

DİQƏR FOTOLENTLƏR