Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib

  • 0
    paylaşım
  • 14

Bakı, Orxan Kərimov, İnteraz, 24 Oktyabr 2017, 16:36

Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransının açılış mərasimi keçirilib. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, doktorantlar və gənc tədqiqatçılar iştirak edib. Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın intellekt kapitalına çevrilməsi istiqamətində aparılan islahatlardan bəhs edib və təhsil sahəsində görülən işlərin müasir düşüncəli gənclərin hazırlanması məqsədlərinə yönəldiyinə diqqət çəkib. Təhsil naziri Mikayıl Cabbarov gənclərin tədqiqat işlərinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlərdən danışıb, müasir elmi biliklərin təbliği baxımından hər il ənənəvi olaraq keçirilən bu tədbirin əhəmiyyətini qeyd edib.

DİQƏR FOTOLENTLƏR