Milli Qəhrəmanlar muzeyinin açılışı olub

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 01 Noyabr 2017, 14:40

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub. Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var. Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, süverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var. Çıxış edən millət vəkilli Hadı Rəcəbli, QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan polkovnik Şair Ramaldanov və xüsusi təyinatlıların komandiri, polkovnik Xətai Baxışov bu əməliyyatın önəmindən danışıblar və kəşviyyatçılarımızın nəşinin, həmçinin sağ qalan çavuş Aqil Əhmədovun düşməndən alınması ilə bağlı məlumat veriblər.

DİQƏR FOTOLENTLƏR