İlk dəfə "Elektron Ali Təhsil Məkanı" mövzusunda simpozium keçirilib

  • 0
    paylaşım
  • 35

Bakı, Orxan Kərimov, İnteraz, 07 Noyabr 2017, 17:15

Bu gün Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycanın Elektron Ali Təhsil Məkanı - Məhdudiyyətlər, İmkanlar və Perspektivlər” adlı birinci simpozium keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Elektron Ali Təhsil mövzusunda ölkədə ilk dəfə reallaşdırılan simpozium böyük maraqla qarşılanıb. Tədbirdə ölkənin ali təhsil müəssisələrinin rektorları, elektron təhsil sahəsində müvafiq təcrübəyə malik şirkət və qurumların nümayəndələri, bu sahədə fəaliyyət göstərən yerli və xarici ekspertlər, müəllim və tələbələr iştirak ediblər.

DİQƏR FOTOLENTLƏR