“Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirilib

  • 0
    paylaşım
  • 31

Bakı, Orxan Kərimov, İnteraz, 09 Noyabr 2017, 10:06

Binəqədi Rayonu ərazisində fəaliyyət göstərən 26 saylı Musiqi məktəbinin inzibati binasında 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, Gənclər və İdman İdarəsi və M.Maqomayev adına 26 saylı Musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər günlərimin şahidi – Bayraq!” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH Aparatının şöbə müdirləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak ediblər.

DİQƏR FOTOLENTLƏR