Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərgi açılıb

  • 0
    paylaşım
  • 21

Bakı, Orxan Kərimov, İnteraz, 17 Noyabr 2017, 09:02

Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərgi açılıb. Sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində təşkil edilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək muzey əməkdaşlarını təbrik edib. Nazir Azərbaycan xalçasının tarixindən, ölkəmizdə xalçaçılığın inkişafından danışıb: "Xalça bizim mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalça ilə bağlı uğurlarımız çoxdur. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində bu gün xalçaçılıq sənətimiz dünyada geniş təbliğ edilir. Tədbirdə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva və başqaları Xalça Muzeyinin yarım əsrlik tarixi inikas yolundan, ölkəmizdə xalça sənətinin inkişafına göstərilən diqqət və qayğıdan və bu istiqamətə görülən işlərdən söz açıblar.

DİQƏR FOTOLENTLƏR