Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 16 Noyabr 2017, 08:30

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Tədbirdə bir sıra məsələlər müzakirə olunub: 2017-ci il üzrə BTNM BA HŞB-nin işinə dair yekun hesabat; 2018-ci il üçün daşınma həcminə dair planın təstiqlənməsi; 2018-ci il üçün BTNM BA HŞB-nin büdcəsinin təsdiqlənməsi; 2018-ci il üçün tədbirlər planının, Ümumi yığıncaq iclasları üzrə planın, 2018-ci il üçün illik üzvlük haqqının miqdarının və həmçinin BTNM BA HŞB-nin ştat cədvəlinin təsdiqlənməsi; 2018-ci il üçün BTNM üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi; 2018-ci il üçün Bakı-Tiflis-Qars dəmir yolu üzrə tariflərin razılaşdırlması və təsdiqlənməsi; 2017-ci il üçün BTNM BA HŞB-nin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin keçirilməsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin İstanbul şəhərində (Türkiyə Respublikası) nümayəndəliyinin açılması və büdcəsinin təsdiq edilməsi və BTNM BA HŞB-nə yeni üzvlərin qəbulu. Müzakirələrdə ölkələrarası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun səmərəli istifadəsi, Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Qeyd oluinub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bundan sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

DİQƏR FOTOLENTLƏR